Qafqazın ilk özəl hemodializ mərkəzi

Ölkədə fəaliyyət göstərən uğurlu özəl tibb müəssisələrindən biuri də “Medservis” dir.

2000-ci ildən fəaliyyətə başlayan şəfa ocağı Medservis bir çox ilklərə imza atmışdır:

– Qafqazda ilk özəl hemodializ mərkəzi,

– MDB məkanında ilk 2 mərkəzdən biri,

– İlk sayyar hemodializ,

– İlk uşaq hemodializi,

– 6 aylıq körpənin hemodializ müalicəsinə götürülməsi və böyrək fəaliyyətinin tam bərpası,

– İlk dəfə permanent kateterlərin qoyulması,

– İlk dəfə ev dializi,

– MDB məkanında ilk dəfə 6 il dializdə olan qadının ana olmaq arzusuna qovuşması və sağlam uşaq dünyaya gətirməsi,

– Nefgrologiyada geniş istifadə olunan intakt parathormon, sistain C, eritropoetin, B12 vitamini, siklosporinin səviyyəsinin təyini analizlərinin ilk dəfə Medservis laboratoriyasında edilməsi.

Fəaliyyətə başladığı dövrdən klinikanın əməkdaşları qardaş Türkiyədə ixtisas kurslarında dərin biliklərə yiyələnmişlər. 2006-cı ildən təsis edilmiş böyrək günündə klinikanın baş həkimi Hikmət İsmayılov mükəmməl məruzələrlə çıxışlar etmişdir. Professor Haberalın təşəbbüsü ilə 2016-cı ildə Bakıda keçirilən Türkiyə Orqan Nəqli Dərnəyi və Türk dünyası Transplatoloqlar Dərnəyinin I konqresində Medservisin əməkdaşları fəal iştirak etmişlər. Azərbaycanda nefroloji xidmətin ərsəyə gəlməsində Medservis ÖTM-nin rolu danılmazdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən bir çox tibb müəssisələrində məhz Medservis klinikasının yetirmələri çalışır. Almaniya, Amerika və Türkiyədə çalışan, vaxtı ilə peşəyə məhz Medservisdə yiyələnən əməkdaşlar doğma klinikalarını həmişə yad edir və böyük qürur duygularını bölüşürlər.

Bütün dünyada 2020-ci ilin mart ayında pandemiya ilə mübarizə başlayanda, Azərbaycan həkimləri bu qorxunc xəstəliklə mübarizəyə başladı. “Medservis”in həkimləri və tibbi personal bütün bacarığını səfərbər etdi. Neçə-neçə insanın həyatını xilas edib hayata qaytardı. Klinikanın həkimləri erməni vəhşiliyinin nəticəsində ağır vəziyyətə düşmüş neçə-neçə əsgəri həftələrlə müalicə edərək həyata qaytarmışlar. Medservis klinikası mütəmadi olaraq cəbhə bölgəsinə yardım və qazi ailələrinə aksiyalar keçirmişlər. 

Dünya şöhrətli Leonel Messiyə FIFA Ballon d’or 2015 mükafatını təqdim etmiş o dövrki FİFA prezidenti vəzifəsini icra edən İssa Hayatou 22 sentyabr – 13 oktyabr 2012-ci il tarixləri arasında Bakıda keçirilmiş FİFA U-17 Qadınlararası Dünya Çempionatı zamanı Azərbaycanda səfərdə olduğu müddətdə Medservis Özəl Tibb Mərkəzində 2012-ci ildə dializ almış və ona göstərilən xidmətdən məmnun qalaraq öz minnətdarlağını bildirmişdir.

Mənbə

Share: