Narkobaronun oğluna qarşı genişmiqyaslı əməliyyat – 29 nəfər öldü 

Meksikada məşhur narkobaron Xoakin Qusmanın oğlu Ovidio Qusman Lopezin saxlanması üçün keçirilən əməliyyat zamanı ciddi toqquşma baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Meksikanın müdafiə naziri Luis Cresensio Sandoval məlumat verib.

 

Bildirilir ki, əməliyyat zamanı ümumilikdə 29 nəfər ölüb. Onlardan 19-u qanun pozucusu, 10-u hərbçidir.

 

 Toqquşma zamanı 35 əsgər yaralanıb, onlara lazımi tibbi yardım göstərilir. Rəsmi məlumatlara görə, təhlükəsizlik qüvvələrinə hücumda şübhəli bilinən 21 nəfər saxlanılıb. Cinayətkarlardan onlarla odlu silah, o cümlədən iriçaplı tüfənglər götürülüb.

Mənbə

Share: