“Bundan sonra bir dənə də Ukrayna dronu bizə yaxın dura bilməyəcək…”

“Bundan sonra bir dənə də Ukrayna dronu bizə yaxın dura bilməyəcək…”

Ukraynanın hücumlarından sonra Engels aviabazasına “möcüzə-HHM” gətirilib…

 

Ukraynanın pilotsuz uçuş aparatlarını ilə hücumlara məruz qalan Engels şəhərində yerləşən aviabazaya Müqəddəs Nikolayın Böyük ikonasını bağışlayıblar.

 

Moderator.az xəbər verir ki, bu barədə Saratovun “Region 64” nəşri məlumat yayıb.

 

Məlumatda deyilir ki, ikonanın 22-ci qvardiya ağır bombardmançı aviasiya diviziyasının rəhbərliyinə təqdim edilməsi mərasimi yanvarın 4-də baş tutub.

 

Saratov vilayəti daxili siyasət üzrə nazir müavini Vitali Şustovun fikrincə,  ikona Engels aviabazanın “əfsanəvi” hərbi qulluqçularının döyüş ruhunu yüksəltməyə imkan verəcək.

 

Aviasiya diviziyasının rəhbərliyi Moskva patriarxatlığına və Saratov    yepiskopluğuna “möcüzə- HHM” üçün minnətdarlığını bildirib və vurğulayıb ki, dövlətin düşmənləri məhv ediləcək.

 

Sosial şəbəkə istifadəçiləri istehza dolu şərhlər yazıb:

 

“Ümidimiz tək Allahadır…”

 

“Bəyəm belə deyil? HHM neçənci dəfədir ki, özünü döğrultmayıb…”

 

“Biz ruslarıq, Allah bizimlədir…”

 

“Bundan sonra bir dənə də Ukrayna dronu bizə yaxın dura bilməyəcək, bu, 100 faizli müdafiədir…”

 

Xatırladaq ki, Engelsdəki aviabazaya dekabr ayında ən azı üç dəfə, ehtimal ki, ukraynalı pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

 

Dekabrın 29-da rusiyalı hərbçilər Ukraynanı ağır raketlərlə atəşə məruz qoyunda, Saratov vilayətinin Engels rayonunda HHM işə düşüb.

 

Dekabrın 26-da Engels hava limanına hücum nəticəsində üç nəfər həlak olub. Rusiya MN məlumatına görə, aviatexnika zərər çəkməyib. Həmin günün axşamı Engelsdə yenidən hava həyəcanı siqnalı verilib.

 

Dekabrın 5-də hava limanına hücum zamanı üç təyyarə zədələnib.

 

Bu hadisələrdən sonra, Ukrayna mənbələrinin məlumatına görə, Rusiya öz bombardmançı təyyarələrinin bir hissəsini başqa aviabazalara, o cümlədən Amur vilayətinin Serışevsk rayonunda yerləşən “Ukrainka” hava limanına köçürüb.

Mənbə

Share: