Bu günün hava PROQNOZU

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, sulu qar, axşama doğru qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəzlənəcək.

 

Havanın temperaturu gecə və gündüz 0 dərəcəyə yaxın olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarının bəzi yerlərində sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturunun gecə və gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı ehtimal edilir. Yolar buz bağlayacaq.

Mənbə

Share: