
Çin COVID-19 pandemiyasının başlamasından sonra həyata keçirilən sərhəd nəzarəti tədbirlərini ləğv edib.
Modern.az xəbər verir ki, bu gündən başlayaraq Çinə ilk beynəlxalq uçuşlar həyata keçirilib.
3 ildən sonra Çinin şimalda Rusiya, Monqolustan, Qazaxıstan, Myanma, Laos və Vyetnam ilə quru sərhədlərindəki 8 gömrük qapısı vasitəsilə sərnişin və yük daşımaları da bərpa edilib.
Kanadadan Quanqcou şəhərinə, Sinqapurdan Sincan şəhərinə və Yeni Zelandiyadan Şanxay şəhərinə xarici qonaqlar gəlib.
Akif İsmayılov