Britaniyalı siyasətçilər Rusiya üzrə xüsusi tribunal yaradılması ideyasını dəstəklədilər

“Bu cinayətlər məhkəmədə sübuta yetirilərsə, Nürnberq prosesində olduğu kimi, “ən ağır beynəlxalq cinayət” hesab olunacaq…”

 

“Beynəlxalq Cinayət Məhkəməsinin təcavüz cinayətlərinə baxmaq səlahiyyəti olmadığından xüsusi tribunalın yaradılması zəruridir…”

 

“Xüsusi tribunalın yaradılması  Rusiya və Pitinə əlavə təzyiq edəcək və beynəlxalq birliyə təcavüzün cəzasız qalmayacağını anladacaq…”

 

Böyük Britaniyanın müxtəlif siyasi dairələrindən olan yüksək vəzifəli siyasi xadimləri “Ukraynaya qarşı “təcavüz  cinayəti” ilə bağlı Rusiyanın hərəkətlərinin araşdırılması üçün xüsusi tribunalın yaradılması haqqında tələbləri dəstəkləyib.

 

Moderator.az xəbər verir ki, bu barədə “News.liga.net” saytı məlumat yayıb.

 

Birgə bəyanatda leyboristlərin lideri Keyr Starmer, NATO-nun keçmiş baş katibi Corc Robertson, keçmiş xarici işlər naziri Devid Ouen və mühafizəkarların keçmiş lideri İen Dunkan Smit kimi xadimlər bəyan edib ki, tribunal “açıq-aşkar qanunsuz müharibəyə” baxılması üçün yaradılmalıdır.

 

Bu zaman belə tribunal 1941-ci ildə hərbi cinayətlərə görə nasist liderlər üzərində Nürnberq məhkəməsinin əsasını qoymuş prinsiplərə söykənməlidir.

 

“Rusiyanın Belarusun köməyilə İkinci dünya savaşından bəri Avropada ən böyük yerüstü hərbi müdaxiləsindən 10 ay ötür, – bəyanatda deyilir. – O zamandan minlərlə ukraynalı mülki şəxslər qətlə yetirilib və ya yaralanıb, 8 milyon insan məcburi köçkün, təxminən 8 milyon insan isə qaçqına çevrilib. Mülki infrastruktur və on milyardlarla iqtisadi aktivlər məhv edilib və ya qarət edilib, əvəzedilməz mədəni abidələr isə xarabalığa çevrilib.

 

Bütün bu təcavüz aktları məhkəmədə sübuta yetirilərsə, bunlar Nürnberq prosesində “ən ağır beynəlxalq cinayət” adlandırılanlar olacaq.

Məhz təcavüz cinayətindən hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırım kimi əksəriyyət beynəlxalq cinayətlər törədilir”.

 

Bu bəyanat Böyük Britaniyanın sabiq baş naziri Qordon Braun və ilk dəfə xüsusi tribunalın yaradılması ideyasını irəli sürən hüquq professoru Filip Sends tərəfindən tərtib edilib.

 

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən Ukraynaya hərbi müdaxilə ilə bağlı hərbi cinayətlər və insanlığa qarşı cinayətlərdə ittihamlara artıq baxılmasına rəğmən, xüsusi tribunalın yaradılmasının tərəfdarları deyir ki, bu, zəruridir, çünki BCM-in təcavüz cinayətlərinə baxmaq üçün səlahiyyətləri yoxdur. 

 

Birləşmiş Millətlər Təşkilatı təcavüz aktını “dövlətin silahlı qüvvələrinin digər dövlətin ərazisinə müdaxiləsi və ya hücumu, yaxud istənilən hərbi təcavüz” kimi müəyyən edir.

 

Xüsusi tribunal Rusiya və Putinə əlavə təzyiq göstərəcək, tərəfdarlar belə deyir. Bu tribunal Rusiyanın yüksək vəzifəli məmurlarına həbs edilmək qorxusundan səfərlər etməyə imkan verməyəcək, Ukrayna ilə həmrəyliyi nümayiş etdirəcək və beynəlxalq birliyə anladacaq ki, təcavüz cəzasız qalmayacaq. Tribunal həmçinin Belarusun rolunu nəzərdən keçirəcək.

 

Bundan öncə Niderland BMT-nin dəstəyi ilə öz ölkəsində belə tribunalı qəbul etməyə hazır olduğunu bəyan edir. Avrpopa Komissiyasının sədri Ursula fon der Lyayyen də deyib ki, geniş dəstəyi olan yeni tribunal Rusiyanın hərbi müdaxiləsinin cəzasız qalmaması üçün lazımdır. 

 

Ötən ay Ukraynanın nümayəndə heyəti ABŞ-ı ziyarət edərək, bu addımın dəstəklənməsinə nail olmağa səy göstərib.

Mənbə

Share: