
“Sədərək” ticarət mərkəzində yanğın olan obyektlərin birindən oğurluğa cəhd edən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-dən Modern.az-a bildirilib ki, saxlanılan şəxslər müxtəlif məişət əşyalarını “öz obyektimizdən çıxarırıq, yanmasın”, deməklə Post Patrul Xidmətinin əməkdaşlarına yanlış məlumat veriblər.
Oğurluq əməlində şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilib. Araşdırmalar aparılır.