Tanınmış rusiyalı aktyor Ukrayna uğrunda döyüşməyə hazır olduğunu bəyan etdi…

 “Rusiyadan nə qalacağı mənim hec vecimə də deyil…”

 

“Mən Ukraynadan olan dostlarımla ünsiyyətdə olarkən həmvətənlərimə nifrət edirəm…”

 

“Ön cəbhədə həmkarlarımla üz-üzə gəlsəydim, tərəddüd etmədən onları güllələyərdim və bu ölüm ədalətli olardı…”

 

 

Rusiyanın teatr və kino aktyoru, teatr rejissoru, əslən Moskvadan olan Artur Smolyaninov bəyan edib ki, ukraynalıları öz qardaşları hesab edir. Ona görə də əgər döyüşməyə gedərsə, yalnız Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşəcək.

 

Moderator.az xəbər verir ki, bu barədə aktyor “Novaya qazeta Yevropı” nəşrinin baş redaktoru Kiril Martınova müsahibəsində bəyan edib.

 

Smolyaninov deyib ki, o, Ukraynadan olan dostları ilə ünsiyyətdə olarkən və onlar Rusiyanın təcavüzü altında öz həyatlarından danışarkən, o, öz həmvətənlərinə “nifrətdən başqa heç nə hiss etmir”.

 

Aktyor vurğulayıb ki, rusiyalıların günahı onunla ağırlaşır ki, Ukrayna və Rusiyanın ümumi tarixləri var.

 

“Mən bu müharibəyə getsəydim, əlbəttə, Ukrayna tərəfində döyüşərdim, bu, birmənalıdır. Mənim üçün bu, heç Ukraynanın tərəfində də deyil, bir qardaşlarımın öldürmək üçün hücum etdiyi digər qardaşlarımın tərəfində döyüşmək deməkdir…

 

Rusiyadan nə qalacağı mənin heç vecimə də deyil, hətta  bircə vilayəti qalmaqla yerdə qalan hissəsi radioaktiv külə dönsə belə”, – akyor deyib.

 

Onun ön cəbhədə öz həmkarları ilə üzləşə biləcəyini anlaması barədə suala cavabında aktyor vurğulayıb ki, “heç bir şübhə olmadan” onları güllələyərdim və onların ölümü ədalətli olardı.

 

39 yaşlı Artur Smolyaninov rusiyalı teatr və kino aktyorudur. O, “9-cu bölük”, “Küknar ağacları”, “Ağ qvardiya”, “At polisi” kimi filmlərdəki rolları sayəsində məşhurlaşıb.

 

Smolyaninov müntəzəm olaraq Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qarşı çıxış edir.

 

2022-ci ilin oktyabr ayında aktyora qarşı Rusiya ordusunun “nüfuzdan salınması” ilə bağlı inzibati iş açılıb.

Mənbə

Share: