
İranın Almaniyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Modern.az xəbər verir, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Baerbok məlumat verib.
O qeyd edib ki, Almaniya səfirə İranda nümayişçilərin edam edilməsinə etiraz edib.
Səfirə bildirilib ki, İrandakı təqiblər, Tehranın öz əhalisinə təzyiqi və sonuncu iki edam cavabsız qalmayacaq.