Kadırov “böyük cihad” elan etdi – “Müsəlman olan hər kəs qatılmalıdır”

Çeçenistan lideri Ramzan Kadırov Rusiya hərbçilərinin Ukraynada “satanistlər” və “şeytanlar”la mübarizə apardıqlarını iddia edib.

 

Teleqraf.com xəbər verir ki, Çeçenistan başçısı Rusiyanın Ukraynaya qarşı müharibəsini “böyük cihad” adlandırıb.

 

“Qərbin küçələrində Quran yandırılanda, peyğəmbərin karikaturası olan qəzetlər piştaxtalarda satılanda dindarları yad dəyərlərlə aldatmaq mümkün deyil”, – Kadırov bildirib.

 

Onun sözlərinə görə, Rusiya müsəlmanlar üçün ən əlverişli yerdir, Ukraynadakı müharibə isə böyük cihaddır, ona görə də hamı bu şansdan istifadə etməli və orada iştirak etməlidir.

 

“Müsəlman olan hər kəs bu müharibədə iştirak etməlidir, mən bunu rəsmən bəyan edirəm”, – Kadırov vurğulayıb və əlavə edib ki, ukraynalılar öz milli dəyərləri üçün deyil, Qərbin uşaqların gözü qarşısında “göyqurşağı paradları” (LGBT) keçirmək dəyərləri uğrunda boş yerə ölürlər.

Mənbə

Share: