
Braziliyanın keçmiş ədliyyə naziri Anderson Torres haqqında həbs qərarı çıxarılıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məhkəmə hökmü qüvvəyə minib.
Bildirilib ki, o, sabiq prezident Jair Bolsonaro tərəfdarlarının Konqres binasına basqınına vaxtında müdaxilə etməyib, hərəkətsizlik göstərərək səhlənkarlıq edib.
ABŞ-a tətilə getdiyini açıqlayan Torres isə ittihamları qəbul etmədiyini bəyan edib.
Qeyd edək ki, Braziliyada son prezident seçkilərindən sonra iğtişaşlar başlayıb. Məğlub olan eks-prezident Bolsonaro seçkilərin nəticəsini tanımadığını elan edərək tərəfdarlarını meydanlara çağırıb.
A.Torres 2019-2022-ci illərdə Braziliyanın ədliyyə naziri olub, daha sonra isə paytaxtın yerləşdiyi federal regionun təhlükəsizlik naziri postunu tutub. O, Bolsonaronun yaxın müttəfiqi kimi tanınır.