
İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsi eks-prezident Robert Köçəryanın baş nazir Nikol Paşinyana qarşı iddiasını rədd edib.
Modern.az “Aykakan Jamanak”a istinadən xəbər verir ki, bu barədə məhkəmədən bildirilib.
Qərarda deyilir ki, Robert Köçəryanın baş nazir Nikol Paşinyan tərəfindən ona qarşı ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu təsdiqləmək, pozuntu nəticəsində dəymiş qeyri-maddi zərərin ödənilməsi tələbi rədd edilsin.
Xatırladaq ki, baş nazir eks-prezidentlər barəsində danışarkən çıxışında demişdi ki, 2008-ci il martın 1-də xalq hakimiyyəti uğrunda mübarizədə mühüm mərhələ oldu. 2008-ci il martın 1-də Ermənistanın o vaxtkı başçıları ordunu xalqın üstünə qaldıraraq vətəndaşları gülləbaran etmək qərarına gəldilər”.