İsveç FETÖ-çüləri Türkiyəyə təhvil verməkdən imtina edib

İsveç FETÖ-çüləri Türkiyəyə təhvil verməkdən imtina edib

İsveç ölkədə olan FETÖ terror təşkilatı üzvlərini Türkiyəyə təhvil verməyib.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bekir Bozdağ açıqlayıb.

 

O bildirib ki, İsveç FETÖ-çüləri təhvil verməkdən imtina edib.

 

“Bizə qapını bağlayana biz də qapımızı bağlayarıq”, – deyə Bozdağ söyləyib.

 

Qeyd edək ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin veto qoymaması üçün şərtlərindən biri bu ölkələrdəki terrorçuların Türkiyəyə verilməsidir.

Mənbə

Share: