
İsrail prezidenti İsaak Hersoq türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı ölkəsinə səfərə dəvət edib.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Hersoq bu barədə Türkiyənin İsrailə yeni təyin olunmuş səfiri Şakir Özkan Torunların etimadnaməsini qəbul edərkən bildirib.
O, Ərdoğanı İsrailə gəlməyə çağırıb.
Qeyd edək ki, iki ölkə arasında münasibətlərin normallaşması prosesi çərçivəsində ötən ilin avqustunda münasibətləri ən üst səviyyəyə qaldırmaq barədə razılıq əldə olunmuşdu.