
Almaniyada ətraf mühit fəalları ilə polis arasında toqquşma baş verib.
Modern.az xəbər verir ki, bu barədə “Der Spiegel” qəzeti məlumat yayıb.
Ekoaktivistlər Şimali Reyn-Vestfaliya vilayətinin Lützerat kəndində bütün evlərin sökülməsinə səbəb ola biləcək kömür mədəninin genişləndirilməsinə etiraz edirlər.
Toqquşma nəticəsində 70 polis əməkdaşı yaralanıb. Aksiyalarda 10 mindən çox etirazçı iştirak edib. İsveçli ətraf mühit fəalı Qreta Tunberqdə aksiyalarda iştirak edib.
Akif İsmayılov