Rusiyanın Dneprə raket hücumunda 23 nəfər ölüb, 43 şəxs itkin düşüb

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

 

Bu barədə Dnepr Şəhər Şurası məlumat yayıb.

 

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, biri uşaq olmaqla 23 nəfər ölüb, 13-ü uşaq olmaqla isə 72 nəfər xəsarət alıb.

 

Eyni zamanda 6-sı uşaq olmaqla 39 nəfər xilas edilib. İtkin düşmüş şəxslə bağlı 43 məlumat daxil olub.

Mənbə

Share: