“Ermənistanın təhlükəsizliyinə Türkiyədən başqa kimsə real zəmanət verə bilməz…”

“Ermənistanın təhlükəsizliyinə Türkiyədən başqa kimsə real zəmanət verə bilməz…”

Ermənistan ərazisindən Rusiya hərbi bazası tez ya gec çıxarılacaq, bu zaman məsələsidir. Amma son 30 ildə yalnız regiona soyqırımlar, dağıntılar və vandalliqlar bəxş edən Ermənistanın bu gün ən böyük problemi təhlükəsizliklə bağlıdır. Vətən Müharibəsi zamanı hərbi potensialının böyük hissəsini itirən Ermənistanın iqtisadi imkanları fərari ordusunun yaxin perspektivdə bərpasına şərait yaratmır.

 

Belə olan halda Ermənistan təhlükəsizliyinə zəmanət verən növbəti ölkə axtarışındadır. İranın regiona gəlməsinə ABŞ, Turkiyə və Fransa qarşı çıxır, Tehran da bu barədə son vaxtlar susmağa üstünlük verir. Fransanın gəlmək həvəsi yalnız sözdədir, onların başıbəlalı ölkəyə necə yerləşəcəyi də suallar yaradır.  Azərbaycan, Türkiyə, Rusiya və İran da Fransanın Ermənistana yerləşməsinə qarşıdır. Hindistanın isə belə bir planı yoxdur.

 

Odur ki, Azərbaycan və Türkiyənin razılığı olmadan kimsə Ermənistanı düşdüyü bataqlıqdan xilas edə bilməyəcək. Belə olan halda, Ermənistanın təhlükəsizliyinə və inkişafına Türkiyədən  başqa kimsə real zəmanət verə bilməz. Bəlkə də bəziləri bu təklifi qeyri-real adlandıracaq, amma həm regionda yaranan yeni geosiyasi vəziyyət, həm də Türkiyənin artan nüfuzu belə bir təklifi səsləndirməyə imkan verir. “Yelkənsiz dəlik gəmi” kimi  bir sahildən digərinə ümidsizlik içində üzən Ermənistanın özünün yaratdığı təhdidlər bataqlığında  boğulduğunu nəzərə alsaq, o zaman tez, ya gec İrəvan Türkiyədən təhlükəsizlik zəmanəti istəyəcək. 

 

Ədalət Verdiyev, hərbi ekspert

Mənbə

Share: