İrlandiya hökuməti ordunun xüsusi təyinatlılarını Kiyevə göndərməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə ölkənin “The Irish Times” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, xüsusi təyinatlılar 2022-ci ilin avqustunda yenidən açılan İrlandiya səfirliyinin təhlükəsizliyini və səfir Tereza Hilinin şəxsi mühafizəsini təmin edəcək.
Qeyd olunur ki, mühafizəçilərin göndərilməsi məsələsi 2022-ci ildə gündəmə gətirilib.
Akif İsmayılov