Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Fransa və Almaniyanın keçmiş liderlərini hədələyib.
Modern.az xəbər verir ki, Volodin bu barədə rəsmi “Telegram” kanalında yazıb.
“Ukrayna Təhlükəsizlik Şurasının rəhbəri Kiyev rejiminin (Rusiya rəsmiləri Ukrayna hakimiyyətini belə adlandırır) Rusiya ilə müharibəyə hazırlaşdığını etiraf etmişdi. Bu bəyanat, eləcə də Merkel və Ollandın Minsk razılaşmalarının Kiyevə hazırlıq üçün vaxt verməyin bir yolu olduğuna dair açıqlamaları bir daha təhlükəsizliyə nə qədər real və ciddi təhlükənin olduğunu göstərir”, – Volodin yazıb.
Onun sözlərinə görə, Merkel və Ollandın bu etirafları onlara qarşı beynəlxalq hərbi tribunal üçün sübut olmalıdır.