Artıq ukraynalı hərbçilər “Patriot” sistemindən atəş açmağı öyrənir…- Pentaqon rəsmisi

Yüzə yaxın ukraynalı hərbçi “Patriot” raket sisteminin istifadəsi üzrə təlim keçmək üçün ABŞ-a gəlib.

 

Moderator.az “Ukrainskaya pravda”ya istinadla  xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyi – Pentaqonun mətbuat katibi, Hərbi Hava Qüvvələrinin briqada generalı Pat Rayder brifinqdə bildirib.

 

 Rayder qeyd edib ki, ukraynalı hərbçilər Oklahoma ştatının Fort-Sill şəhərinə gəliblər və burada “Patriot” raket sistemi üzərində təlim keçirlər. Bir neçə ay davam edəcək təlimlərdə 90-100 ukraynalı iştirak edir.

 

Pentaqon sözçüsü həmçinin xatırladıb ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, ordu generalı Mark Milli yanvarın 19-da Almaniyanın Ramştayn aviabazasında Ukrayna Müdafiə Təmas Qrupunun növbəti iclasını keçirəcək. 

 

“Əlaqə qrupu ukraynalıların vətənlərini Rusiya təcavüzündən müdafiə etmək üçün lazım olan hərbi imkanların müəyyən edilməsi, sinxronlaşdırılması və təmin edilməsində mühüm rol oynayır”, – Rayder bildirib.

 

Ostin bu mühüm qrupun bir hissəsi olan və Ukraynanın özünümüdafiəsində iştirak edən 50-yə yaxın ölkənin müdafiə liderləri ilə görüşü səbirsizliklə gözləyir, Rayder əlavə edib.

 

Ramşteynə gəlməzdən əvvəl Ostin Berlinə səfər edəcək və burada Almaniyanın yeni müdafiə naziri Boris Pistorius ilə görüşəcək.

 

Sultan Laçın

Mənbə

Share: