Uruqvay millisinin futbolçusu Luis Suares Braziliyanın “Qremio” klubunun heyətində debüt oyununda het-trik edib.
35 yaşlı hücumçu “Recopa Gaucha Cup” turnirində komandasına qələbə qazandırıb.
Meksikanın “San-Luis” klubunu 4:1 hesabı ilə məğlub edən “Qremio”nun 3 qoluna məhz Suares imza atıb. Bunun üçün ona 34 dəqiqə kifayət edib.
Qeyd edək ki, Luis Suares 2022-ci ilin sonunda “Qremio” ilə 2 illik müqavilə imzalayıb. Onun təqdimat mərasimini Braziliya klubunun 40 mindən çox azarkeşi tribunadan izləyib.