Xankəndidə olan daha altı xəstə erməni Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə yanvarın 18-də Qarabağdan Ermənistanın müxtəlif tibb mərkəzlərinə aparılıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə erməni tərəfi məlumat yayıb.
İndiyədək BQXK-nın vasitəçiliyi və müşayiəti ilə ümumilikdə 34 xəstə Qarabağdan Ermənistana aparılıb.
Xatırladaq ki, azərbaycanlı ekoloqlar dekabrın 12-dən Laçın yolunda başladıqları aksiyaya davam edirlər.
Yol humanitar məqsədlər üçün tam açıqadır.