Millətin Səsi.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri 20 Yanvar – Ümumxalq Hüzn Gününün 33-cü ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanını, o cümlədən “Əbədi məşəl” abidəsini ziyarət edib, şəhid məzarlarına gül dəstələri qoyublar. Polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında gerçəkləşən ziyarət zamanı veteranlar azyaşlı məktəblilərlə də həmsöhbət olub, şəhidlərimizin qəhrəmanlığı, göstərdikləri şücaətlər haqqında onlara ətraflı məlumat veriblər.
Daha sonra veteranlar Türk Şəhidliyini ziyarət edib, vətənimizin azadlığı uğrunda canından keçən türk şəhidlərini ehtiram hissi ilə anıblar. “Türk Şəhidliyi” abidəsi önünə qərənfillər düzən veteranlar, bütün şəhidlərin ruhuna dualar oxuyub, onların sevgisinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər.
Seymur ƏLİYEV