Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan rəsmiləri ilə Qarabağ erməniləri arasında görüş olduğu barədə məlumat verib.
Modern.az Rusiya mətbuatına xəbər verir ki, nazir bu barədə 2022-ci ilin yekunlarına dair mətbuat konfransında danışıb.
Lavrov detallara toxunmayıb.
O görüşün dəqiq vaxtını açıqlamasa da, tezliklə bir sıra məsələlərin yoluna qoyulacağını bildirib.