BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə , Dekabr 6 2019

Paşinyan Putinə zəng etdi


Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu məlumatı Paşinyan öz Feysbuk səhifəsində paylaşıb. O, son bir neçə gün ərzində Avrasiya İttifaqı ölkələrinin rəhbərləri ilə telefon danışığı apardığını deyib.

Paşinyan telefon danışıqlarında cari və uzunmüddətli gündəm məsələləri, eləcə də 1 oktyabrda İrəvanda keçiriləcək Avrasiya İttifaqı Ali İqtisadi Şurasını müzakirə etdiyini bildirib.