Şəxsiyyət vəsiqəsi alanlar məcburi bu qeydiyyatdan keçiriləcəklər – RƏSMİ

Şəxsiyyət vəsiqəsi alan Azərbaycan vətəndaşları (15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla) Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində və ya “ASAN xidmət” mərkəzlərində məcburi dövlət daktiloskopik qeydiyyatından keçiriləcək.

APA-nın məlumatına görə, bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının təsdiq etdiyi “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.

Şəxsiyyət vəsiqəsi alan Azərbaycan vətəndaşlarının maddi daşıyıcılarda əksini tapmış daktiloskopik məlumatları onların doğum tarixindən 100 il müddətində və ya ölüm faktı müəyyən edilənədək saxlanılacaq.

Share: