Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edilib.
Modern.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov bununla bağlı sənəd imzalayıb. Dəyişikliyə əsasən, milli və xarici valyutada əməliyyatların aparılması qaydasının tənzimlənməsi “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “Poçt haqqında” qanunla yanaşı, “İnvestisiya fəaliyyəti haqqında” qanunla da həyata keçiriləcək. Qaydanın tənzimlənməsində əvvəlcə yer alan “Xarici investisiyanın qorunması haqqında” qanun isə siyahıdan çıxarılıb.