Ukraynanın Baş Komandanı özünə miras qalmış 1 milyon dolları orduya bağışladı…

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general Valeri Zalujnı ibrətamiz addım atıb. Belə ki,  generala mənşəcə ukraynalı  ABŞ vətəndaşı Qriqori Stepantsdan bir milyon dollar miras qalıb. Amma Zalujnı bütün bu vəsaiti Ukrayna Silahlı Qüvvələrinə bağışlayıb.

 

Moderator.az xəbər verir ki, bu barədə “Nyu-York Tayms” (The New York Times)  qəzeti yazıb.

 

Stepantsevlər ailəsi jurnalistlərə bildirib ki, Qriqori Stepanets Valeri Zalujnıya bir milyon dollar vəsiyyət edib. Baş Komandan isə həmin pulu Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün bağışlayıb.

 

Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti amerikalı jurnalistlərə verdiyi şərhdə bu faktı təsdiqləyib.

 

Xatırladaq ki, müharibə başlayandan bəri “dəmir general” ləqəbi ilə tanınan Baş Komandan Valeri Zalujnı Ukrayna Silahlı Qüvvələrinin sıralarındakı 10 generalı vəzifəsindən azad edib. Daha bir general intihar edib.

 

Həmçinin,  general Zalujnı müharibə zamanı atası qaçan azyaşlı oğlanın arzusunu həyata keçirib. Müqəddəs Nikolay günündə uşaq atasının qayıtmasını və Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı ilə görüşü arzulayıb…

 

Sultan Laçın

Mənbə

Share: