Əfqanıstan əhalisinin yarısı acdır

Əfqanıstan əhalisinin yarısı acdır

Əfqanıstanda qida çatışmazlığının səviyyəsi indiyədək ən yüksək həddə çatıb. Ölkə əhalisinin demək olar ki, yarısı aclıqdan əziyyət çəkir.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Qida Agentliyinin Kabildəki nümayəndəsi Filip Kropf bildirib.

 

Onun sözlərinə görə, hazırda ölkədə hər iki nəfərdən biri qidalanma ilə bağlı problem yaşayır. 40 milyon əhalisi olan Əfqanıstanda 7 milyon uşaq və ana normal qidalana bilmir.

 

BMT rəsmisi 2021-ci ilin avqustunda “Taliban”ın hakimiyyəti ələ keçirməsinin milyonlarla insanı daha da yoxsullaşdırdığını deyib.

 

Hazırda Əfqanıstanın humanitar böhranın qarşısını almaq üçün heç bir resursu qalmayıb.

Mənbə

Share: