Cəlilabadda elektrik xətləri yenidən qurulur

Cəlilabadın kəndlərində 10 və 0,4 kilovoltluq hava xətləri yenidən qurulacaq.

Milletinsesi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərişıq ASC-nin Cəlilabad elektrik şəbəkənin rəisi Marif Novruzov deyib. O bildirib ki, Cəlilabadın 118 yaşayış məntəqəsinin tam kabelləşməsi perspektiv inkişaf layihəsinə daxil edilib:

“Hazırda Maşlıq kəndində 4 ədəd transformator məntəqəsi yenidən qurulub kabelləşərək, sayğacların dəyişdirilməsi təmin olunub. Növbəti mərhələdə Muğam kəndində 4 ədəd transformator məntəqəsi yenidən qurulacaq”.

 

Share: