Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Türkiyədə baş verən zəlzələ ilə bağlı açıqlama verib.
Milletinsesi.az TASS-a istinadən xəbər verir ki, sözçü jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.
“Rusiya Federasiyası Türkiyədə baş vermiş zəlzələdən sonra həyat qabiliyyətini bərpa etmək üçün öz texnologiyalarını Ankaranın xahişi ilə təmin edə bilər”, – deyə Peskov bəyan edib.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə, zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.