Ermənistanda hərbi maşın qəzaya düşdü

Ermənistanda “Ural” markalı hərbi maşının iştirakı ilə qəza baş verib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi informasiya yayıb.

Hadisə iyulun 8-də Ermənistanın Ararat bölgəsində İrəvan-Meğri yolunda baş verib. Qəza nəticəsində bir nəfər yaralanıb.

Faktla bağlı araşdırma başladılıb.

 

Share: