Ukraynalı deputat: Ukraynanı dəmir yolu fəlakəti gözləyir

Ukraynalı deputat:  Ukraynanı dəmir yolu fəlakəti gözləyir

Lokomativ ehtiyatlarının tükənməsi fonunda bu sahə fəlakətlə üz-üzədir.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı Anna Skorokhod ölkənin dəmir yolu sektorundakı vəziyyətlə bağlı şərhində bildirib.

O, “MayakUA”nın YouTube kanalına açıqlamasında deyib: “Əgər yaxın gələcəkdə heç bir tədbir görülməsə, fəlakətlə üzləşəcəyik. Tez-tez dəmir yolu ilə səyahət edən biri kimi deyə bilərəm ki, bu, ciddi problemdir”.

Bir gün əvvəl Ukraynanın aqrar siyasət və ərzaq naziri Taras Visotski ölkədə kritik səviyyədə lokomotiv çatışmazlığı yaşandığını bildirmişdi. Sentyabr ayında Ukraynanın bərpa, infrastruktur və nəqliyyat naziri Nikolay Kalaşnik qeyd etmişdi ki, ölkə 2022-ci ilin fevralından bəri 600-dən çox lokomotiv itirib və təcili yardıma ehtiyacı var. Sentyabrın sonlarında Ukrayna Nazirlər Kabineti “Ukrzaliznytsia”ya (Ukrayna Dəmir Yolları) müvafiq tenderlər keçirilmədən istifadə olunmuş dartı hərəkət heyəti (lokomotivlər) almağa icazə verib.

Share: