
Türkiyədə zəlzələdən sonra axtarış-xilasetmə tədbirləri və fəsadların aradan qaldırılması prosesi davam edir.
Modern.az xəbər verir ki, türkiyəli jurnalist Merih Ak bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Adıyaman… 4-cü gündəyik. Şəhər bu gün daha sakitdir. Dağıntıların böyük hissəsində peşəkar qruplar işləməyə başlayıb. Amma ümidlər artıq tükənmək nöqtəsindədir. Çox soyuqdur. Qadın və uşaqlar üçün paltarlar, uşaq yeməkləri lazımdır. Səyyar tualet, qış şərtlərinə uyğun çadır, paltar, ayaqqabı… Ehtiyacların mənə görə ən təcili olanları bunlardır. Hər dağıntının başında ümid növbə çəkir. Dağıntı altında həyata sarılanlara çatmaq üçün canla-başla çalışır qruplar, möcüzələri gerçəkləşdirmək üçün. Ölkə olaraq da artıq bu möcüzəyə ehtiyacımız var”, – deyə o yazıb.