Azərbaycanlı xilasedici: “Hər gün 100 dəfə ölüb-dirilirik”

 

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Türkiyədə zəlzələ zamanı dağıntılar altında qalmış şəxslərin çıxarılması zamanı təsirli mənzərə ilə qarşılaşıblar.

Milletinsesi.az xəbər verir ki, həmin görüntüləri FHN-in xilasedicisi Bəhruz Nəsirli sosial şəbəkə hesabında paylaşıb.

“Bizim burada nə hisslər keçirdiyimizi bir bizlər, bir də Allah bilir. Bu ananı və iki uşağı dağıntılar altından çıxaranda o dünyanı görüb gəldik. Göz yaşlarımıza hakim ola bilmirdik. Ana iki uşağını qucaqlayaraq dünyasını dəyişib. Biz xilasedicilər olaraq hər gün burda 100 dəfə ölüb-dirilirik…”, – deyə xilasedici bildirib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 12 873 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 62 937 nəfərdir.

Mənbə

Share: