Haaqa məhkəməsi Azərbaycan bağlı qərarını açıqlayacaq 

Haaqa məhkəməsi Azərbaycan bağlı qərarını açıqlayacaq 

Beynəlxalq Ədalət Məhkəməsi fevralın 22-də İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işində (Azərbaycanın Ermənistana qarşı) əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə Azərbaycanın sorğusu üzrə qərarını açıqlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə məhkəmənin saytında məlumat yayılıb.

 

Məhkəmə hakim Coan Donoqunun sədrliyi ilə Sülh Sarayında baş tutacaq.

Mənbə

Share: