
Böyük Britaniya kralı III Çarlz ölkənin cənub-qərbində ukraynalı hərbçilərin təlim keçdiyi hərbi bazaya baş çəkib.
Modern.az xəbər verir ki, bu barədə “Daily Express” nəşri məlumat yayıb.
Kralı Böyük Britaniya Baş Qərargahının rəisi Patrik Nikolas müşayiət edir. Çarlz Ukrayna hərbçiləri ilə söhbət edib.
Ukrayna hərbçiləri Böyük Britaniyada 35 gün ərzində təlim keçir. Onlar atıcılığı öyrənir, əsas döyüş bacarıqlarına yiyələnir və müəyyən silah növləri üzrə təlim keçir. Təlim zamanı ukraynalılar tərcüməçilərlə təmin olunurlar. Məlumata görə, son 6 ay ərzində 10 min Ukrayna əsgəri təlim keçib.
Akif İsmayılov