İslandiyada güclü zəlzələ baş verib

İslandiyada 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

 

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Yeraltı təkanların episentri paytaxt Reykyavik şəhərindən 214 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

 

Qeyd edək ki, paytaxtın əhalisinin sayı 118 min nəfərə yaxındır.  

 

Mənbə

Share: