Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçalı ilə birlikdə zəlzələnin təsir etdiyi Osmaniyə şəhərinə gedib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, onlar Osmaniyədən sonra Qaziantepə səfər edəcək. Ərdoğanın zəlzələdən təsirlənən vətəndaşlarla görüşəcəyi bildirilir.