“Murovdağ tunelinin ən qısa zamanda uğurla başa çatdırılmasını gözləyirik”

Bu gün avtomobil yolları işçiləri peşə bayramını qeyd edir.

 

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovu və agentliyin kollektivini təbrik edib, bu çətin və şərəfli işdə onlara uğurlar arzulayıb. 

 

Təbrikdə deyilir:

 

“Son illər Azərbaycanda yol infrastrukturunun inkişafı ölkə rəhbərliyinin əsas prioritetlərindən birinə çevrilib. Möhtərəm  Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində qazanılan uğurların sırasında bu sahənin inkişafı önəmli yer tutur. Artıq 15 ildir peşə bayramını qeyd edən avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. 

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularınınlayihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını uğurla həyata keçirir.

 

Bu gün siz Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı yol-tikinti işlərini uğurla davam etdirirsiz. Sizi peşə bayramınız münasibətilə bir daha təbrik edir və Kəlbəcərə Murovdağ silsiləsi altından çəkilən tunelin ən qısa zamanda uğurla başa çatdırılmasını gözləyirik”.

 

Mənbə

Share: