Xankəndində Volkovun istefası və haykları silahlandırmaq tələbləri səsləndi…

Xankəndində Volkovun istefası və haykları silahlandırmaq tələbləri səsləndi…

Martın 5-də Turşsu-Xəlfəli-Xankəndi yolunda törədilən təxribat zamanı Azərbaycan ordusu tərəfindən üç qondarma separatçı “polis”in zərərsizləşdirilməsindən sonra Qarabağdakı hayklar arasında anti-Rusiya əhval-ruhiyyəsi yenidən güclənib. 

 

Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.

 

Xəbərdə deyilir ki, Xankəndindəki qanunsuz qeyri-hökumət təşkilatları nümayəndələri “sülhməramlı”ların komandiri Andrey Volkovun istefası tələbi ilə yaxın vaxtlarda “sülhməramlı”ların dislokasiya mərkəzinin qarşısında etiraz aksiyaları keçirmək niyyətindədirlər. 

 

“Qeyri-hökumət sektoru”nun nümayəndəsi və “müxalifətçi” sayılan Tiqran Petrosyan da insidentin Xankəndininlap yaxınlığında baş verməsini əsas gətirərək açıq şəkildə Ermənistan hakimiyyətindən “Artsax xalqını özünümüdafiə məqsədi ilə silahlandırmağı” tələb edib.

 

Sultan Laçın

Mənbə

Share: