Separatçıların silah daşıdığı yolları minalayaq

Separatçıların silah daşıdığı yolları minalayaq

Erməni separatçılarının silah daşımaq üçün istifadə etdikləri yolları minalamaq lazımdır.

 

Modern.az xəbər verir ki, bu təkliflə politoloq Elxan Şahinoğlu çıxış edib.

 

O fikirlərini belə əsaslandırıb: “Aydın olur ki, erməni separatçıları Laçın yolunun xaricində müxtəlif cığırlardan istifadə edərək bölgəyə silah-sursat daşıyırlar. Əgər həmin cığır yolları hələ ki tam nəzarətə götürə bilmiriksə, minalama əməliyyatını həyata keçirmək mümkündür. Düşmən İkinci Qarabağ müharibəsindən sonra da yollarımızı minalayır. Müharibədən sonra minaların partlaması nəticəsində yüzlərlə vətəndaşımızı itirdik. Onlar bunu bizə qarşı edirlərsə, biz niyə erməni separatçılarının silah daşımaq üçün istifadə etdikləri gizli yolları minalamayaq? Minaların xəritələri əlimizdə olacaq, separatçılığa və işğala son qoyduqdan sonra həmin minaları basdırıldıqları yerdən çıxara bilərik”.

 

Xatırladaq ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistanda hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəf itki verib.

Mənbə

Share: