Akşener tarix və millət qarşısında böyük xəta törədib

Akşener tarix və millət qarşısında böyük xəta törədib

Türkiyəli jurnalist, müxalifətyönümlü “Tele1” kanalının rəhbəri Merdan Yanardağ İYİ Partiya sədri Meral Akşenerin ünvanına ağır ittihamlar səsləndirib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalist Akşeneri müxalifətin nüfuzunu zədələməkdə, reallığı təhrif edərək ittifaqın əleyhinə olan görüntü yaratmaqda günahlandırıb.

 

“Meral Akşener bir-biri ilə anlaşa bilməyən, namizəd çıxarmaq üçün də problem yaşayan, dava-dalaş salan bir koalisiya görüntüsünü niyə yaratdı? O, tarix və millət qarşısında çox böyük bir xəta törədib. “Millət İttifaqı”nın zəifliyi olduğunu, Ərdoğanın qabağında bütövlüyünü qoruya bilmədiyini, içəridi örtülü sövdələşmələrin davam etdiyi görüntüsünü millətə təqdim etmiş oldu. İYİ Partiyanın sözçüsü səlahiyyətli və icraçı vitse-prezidentlərin təyin olunmasını istədiklərini açıqlayır. Bu, təhqirdir. Kılıçdaroğlunun seçkiləri uda bilməyəcəyini, udsa da, ölkəni idarə edə bilməyəcəyini söyləməkdir”, – deyə o, Akşeneri tənqid edib.

Mənbə

Share: