Bu ay üçtərəfli görüş gözlənilir

Bu ay üçtərəfli görüş gözlənilir

Rəsmi Moskva mart ayının sonunadək Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə “Mediahub” nəşri məlumat yayıb.

Məlumata görə, Ermənistan tərəfi iştirakla bağlı hələlik cavab verməyib.

Xatırladaq ki, dekabrın 22-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan XİN başçılarının dekabrın 23-də Moskvada keçirilən görüşündə iştirak etməkdən imtina edib. Bu yaxınlarda Bakıda səfərdə olan Rusiyanın baş diplomatı Sergey Lavrov Moskvanın üçtərəfli görüşə evsahibliyi etməyə hazır olduğunu bildirib.

Mənbə

Share: