Lui Bono Armen Qriqoryanla görüşdü

Lui Bono Armen Qriqoryanla görüşdü

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan ABŞ-ın Cənubi Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi Lui Bono ilə görüşüb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə TŞ məlumat yayıb.

 

Bildirilib ki, həmsöhbətlər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesində baş verən son hadisələri, Laçın dəhlizi ətrafındakı situasiyanı müzakirə ediblər.

 

Görüş Bononun İrəvana səfəri çərçivəsində baş tutub.

 

Qeyd edək ki, diplomat bundan əvvəl Azərbaycanda səfərdə idi.

Mənbə

Share: