Tbilisidə etiraz aksiyası zamanı 50 nəfər saxlanılıb

Tbilisidə etiraz aksiyası zamanı 50 nəfər saxlanılıb

Ötən gün Tbilisidə parlament binası qarşısında keçirilmiş etiraz aksiyası zamanı 50 nəfər saxlanılıb.

Saxlanılanlar arasında müxtəlif siyasi partiyaların liderlərinin də olduğu bildirilir.

Polislə qarşıdurma zamanı bir neçə avtomobilə od vurulub, qanunverici orqanın pəncərələri sındırılıb. Gürcüstan Daxili işlər nazirliyi etirazçılarla yanaşı polis əməkdaşları arasında xəsarət alanların olduğu bildirir.

DİN hələlik saxlanılanlarla bağlı spesifik rəqəm açıqlamayıb.

Hazırda ərazidə sakitlik hökm sürür.

Mənbə

Share: