
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Cümhur İttifaqı”ndakı müttəfiqi Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşəcək.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, görüş prezidentin iqamətgahında baş tutacaq.
Görüşdə siyasi gündəmlə bağlı məsələlərin, habelə seçkilər mövzusunun müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, tərəflərin iqamətgahdakı son görüşü fevralın 16-da olub. Liderlərin sonuncu görüşü isə fevralın 28-də zəlzələdən zərər çəkmiş Kahramanmaraşın Elbistan və Afşin rayonlarına, Malatyanın Doğanşehir rayonuna birgə səfər zamanı baş tutub.