Avropa İttifaqı qadınların hüquqlarını pozan iki “Taliban” rəsmisinə sanksiya qoyub

Avropa İttifaqı qadınların hüquqlarını pozan iki “Taliban” rəsmisinə sanksiya qoyub

Avropa İttifaqı (Aİ) “Taliban” hökumətində yüksək vəzifə tutan iki şəxsə qadınların hüquqlarını pozduqlarına görə sanksiya qoyub.

 

Bu barədə məlumat Avropa İttifaqı Şurasının yaydığı press-relizində öz əksini tapıb.

 

Belə ki, sanksiyaya məruz qalan birinci şəxs Əfqanıstanın hazırkı ali təhsil naziri Məhəmməd Neda Nadimdir. O, qadınların universitetlərə buraxılmamasına dair göstəriş verən şəxsdir.

 

Aİ-nin sanksiyalarına məruz qalan digər “Taliban” rəsmisi isə Məhəmməd Xalid Hənəfidir. O, yaxşılıqlara təşviq etmə və qadağalardan çəkindirmə nazirliyinin başçısı vəzifəsini yerinə yetirir.

 

Məhəmməd Xalid Hənəfi gender ayrı-seçkiliyini təbliğ etməkdə ittiham olunur.

 

Mənbə: Sputnik Əfqanıstan

 

Mənbə

Share: