
Rusiya Ermənistan ərazisində hərbi təlimlər keçirir.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya artilleriyaçıları Ermənistanın Alagöz yüksək dağ poliqonunda təlimlərdə iştirak edəcəklər.
Məlumata görə, poliqonda təlim, səhra gəzintiləri və xüsusi taktiki hazırlıq dərsləri həyata keçiriləcək.