
Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin baş katibi İmanqali Tasmaqambetovla görüşüb.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və təşkilatda kollektiv təhlükəsizlik mexanizmləri müzakirə edilib.
Bildirilib ki, onlar həmçinin KTMT-nin məsuliyyət zonasındakı və regiondakı vəziyyət, eləcə də təhlükəsizlik çağırışlarından danışıblar.